Əlaqə Arxiv
news Image
2019.07.11
15:15
| A A A
Yunanıstanda fövqəladə vəziyyət elan edildi

Yunanıstanın şimalındakı Xalkidiki yarımadasında kəskin hava şəraitinin səbəb olduğu fəsadlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bölgədə ötən gecə tüğyan etmiş qasırğa altı nəfərin ölümünə səbəb olub. Bir nəfər itkin düşüb, yüzə yaxın şəxs xəsarət alıb.

Qasırğa nəticəsində çox sayda ağac qırılıb, yaşayış evləri dağılıb.

Yunanıstan hökumətinin nümayəndələri bölgəyə səfər ediblər. Hazırda qasırğanın fəsadlarının aradan qaldırılması davam edir.

Sizin Reklam Yeriniz