Əlaqə Arxiv
news Image
2019.07.15
11:18
| A A A
Şamaxı şəhərində vikipediyaçıların sayca üçüncü Vikidüşərgəsi baş tutdu

"Vikimediaçıları" istifadəçi qrupu və "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə 13-14 iyul 2019-cu il tarixlərində Şamaxı şəhərində azərbaycandilli vikipediyaçıların sayca 3-cü Vikidüşərgəsi baş tutub. 2019 Yay Vikidüşərgəsi adı altında təşkil olunan tədbir Sumqayıt Texnologiyalar Parkının dəstəyi ilə baş tutub. Düşərgədə 10 yeni və 25 təcrübəli istifadəçi iştirak edib. Düşərgə müddətində "Vikistatistika", "Vikipediyanın təbliği", "Vikitəhsil" və "Vikicəmiyyət və Vikimedia hərəkatı", mövzularında çıxışlar təqdim olunub. Texnologiya mövzusunda 30-dan artıq məqalə yaradılıb və Vikianbara 300-dən artıq şəkil yüklənib. Düşərgə zamanı, həmçinin, iştirakçılar Şamaxı şəhərinin tarixi-mədəni abidələrini, Şamaxı Cümə məscidini, Yeddi Gümbəz məqbərə kompleksini, Şahxəndan türbəsini, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini, Dəmirçi kəndini və kəndin Arxeologiya muzeyini və Pirqulu qəsəbəsini ziyarət edərək Vikipediyada istifadə edilmək üçün fotoşəkillər çəkiblər. Düşərgənin sonunda iştirakçılar sertifikatlarla mükafatlandırılıb.

Sizin Reklam Yeriniz