Əlaqə Arxiv
news Image
2019.07.16
10:04
| A A A
FHN Sabirabad bazarındakı yanğın barədə-VİDEO-YENİLƏNİB 2

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 16 iyul tarixində səhər saatlarında quruma Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

İlkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 kvadrat metr sahədə yanıb.

Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.

09:22

16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 kv.m sahədə yanıb.

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.

 

Sizin Reklam Yeriniz