Əlaqə Arxiv
news Image
2019.07.19
12:29
| A A A
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 25-də Qax rayonunun sakinlərini qəbul edəcək. Qəbul Heydər Əliyev Mərkəzinin inzibati binasında ( Qax şəhəri, N.Nərimanov pr. 4 ) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: İlqar Vəliyev

Əlaqə vasitələri:

Mob: (050) 673-15-07

Telefon: 024 225 32 23

Elektron poçt ünvanları:

[email protected]

[email protected]

[email protected]

Sizin Reklam Yeriniz