Əlaqə Arxiv
news Image
2019.07.19
19:08
| A A A
70 ildən çox bir yerdə yaşamış cütlük eyni gündə ölüb

ABŞ-ın Corciya ştatında 71 ildir evlənmiş ər və arvad eyni gündə ölüblər.

Trend-in məlumatına görə, Herbert Deleygl 1947-ci ildə Marlin Frenaisi bir kafedə görüb. Marilin orda ofisiant işləyibmiş. Daha sonra Herbert yalnız onu görmək üçün ora getdiyini açıqlayıb. Bir il sonra onlar toy ediblər.

Deleygl cütlüyü 12 saat fərqlə xəstəxanada dünyasını dəyişiblər. Onların altı uşağı, 16 nəvəsi, 25 nəvəsi və üç kötükcəsi qalıb.

Psixiatr Matyu Lorborun fikrincə, Marilinin ölüm səbəbi takotzubo kardiomiopatiya və ya "qırıq ürək sindromu" olub.

Sizin Reklam Yeriniz