Əlaqə Arxiv
news Image
2019.07.22
19:07
| A A A
“Yeni həyat”çıların bayram sevinci

Azərbaycan Jurnalistlər Birliyi Milli Mətbuat və Jurnalistlər Günü ərəfəsində Masallı Rayon İcra Hakimiyyətinin orqanı olan 87 yaşlı həftədə bir dəfə nəşr edilən “Yeni həyat” qəzetini Fəxri Diplomla təltif etmişdir. Hər həftə oxucularla görüşən “Yeni həyat” rayonda aparılan geniş quruculuq işlərində, rayonun inkişafı üçün zəhmətkeşlərin səfərbər edilməsində göstərdiyi xidmətə görə və 22 iyul Milli Mətbuat və Jurnalistika günü münasibətilə bu mükafata layiq görülmüşdür. 
Qəzetin bütün oxucularını təbrik edirik.
“Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov da Mətbuat Günündə sevincli anlar yaşamışdır.   Azərbaycan Jurnalistlər Birliyi rayonun ictimai-siyasi həyatından bəhs edən məqalələrə görə və 22 iyul Milli Mətbuat və Jurnalistika günü münasibətilə onu Zərdabi Diplomu ilə təltif etmişdir.
Hər iki təltif Masallı oxucularının sevincinə səbəb olmuşdur. Onlar qəzetin daha məzmunlu və görüntülü çıxması üçün “Yeni həyat”çılara yaradıcılıq uğurları arzulamışlar.

Sizin Reklam Yeriniz