Əlaqə Arxiv
news Image
2019.07.26
13:39
| A A A
“Musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə imtahan vermiş abituriyentlərin nəzərinə - Təkrar İMTAHAN

“Musiqi sənəti” istiqaməti üzrə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün “Musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə 23.07.2019-cu il tarixində Bakıda və regionlarda test imtahanı keçirilib.

Dövlət imtahan Mərkəzindən Movqe.az-a verilən məlumata görə, qeydiyyat zamanı bir neçə komissiya üzrə qeydiyyatdan keçən və bu komissiyalar üzrə qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən qeyri-məqbul qiymət aldıqları halda onlar üçün təkrar test imtahanı keçiriləcək. Həmin imtahan 27 iyul 2019-cu il tarixində saat 12:00-da Dövlət İmtahan Mərkəzinin A.Salamzadə küç. 28 ünvanında yerləşən binasında (Bakı Asya Universitetinin binası) keçiriləcək. Bu imtahanın nəticəsi 38 və 48-ci komissiyaların nəticəsini dəyişdirməyəcək.

Qeyd edək ki, 23.07.2019-cu il tarixində keçirilən imtahanda iştirak etməyən abituriyentlər bu imtahana buraxılmayacaqlar.

Sizin Reklam Yeriniz