Əlaqə Arxiv
news Image
2019.07.31
15:05
| A A A
Şikayətçi oldu, icra başçısı şəxsən evinə getdi - Foto

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov şikayətçi olan vətəndaşın evinə gedib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı teleprodüser Üzlüfət Burayeva yayıb. O bildirib ki, bir neçə gün əvvəl jurnalist Günay Malikqızı adıçəkilən icra başçısı ilə görüşünü paylaşıb. Hər şey Burayevanın həmin paylaşıma yazdığı rəylə başlayıb: “Şərh yazmışdım ki, Badamdara da gəlsin. Sonra icra başçısının müavini Vüqar Şıxməmmədov mənə yazdı: 

- Başçını Badamdara dəvət etmisiz. Şikayətiniz var? 

Cavab yazdım:

-Bəli, var”. 

Teleprodüser qeyd edib ki, müavin bu cavabdan sonra söhbəti uzatmayıb:

“Bu gün evimin həyətində oturub, “somavar”a da od salıb dincəlirdik. Rayon İcra Hakimiyyətindən zəng gəldi. Bildirdilər ki, icra başçı hazırda Badamdardadır və mənimlə görüşmək, şikayətimi dinləmək istəyir. Ünvanı dedim. Saat 17:30-da gələcəyini söylədilər. Sözün düzü, inanmadım”.

Burayeva bildirib ki, saat 17:30-da qapısı döyülüb və Vüqar Zeynalov gəlib:

“Şikayətləri də dinlədi. Onların həlli barədə, eləcə də İcra Hakimiyyəti tərəfindən görülən işlərdən də danışdıq. İnanın, çox xoş oldu”. 

Sizin Reklam Yeriniz