Əlaqə Arxiv
news Image
2012.05.07
13:30
| A A A
Gözlər haqda bilmədiklərimiz

Bir çoxları görmə qabiliyyəti pisləşdikdə, eynək və ya linzadan istifadə edirlər. Bu fikir səhvdir. Düzdür, eynək və ya linzadan istifadənin görmə qabiliyyətinin pisləşməsinə heç bir təsiri yoxdur. Onlar sadəcə daha yaxşı görmək üçündür.

Xüsusilə gənc yaşlarda uzağı və yaxını yaxşı görən insanlarda belə hipermetropiya və astiqmatizm xəstəlikləri olur.

Onudaq qeyd edək ki, çox ağlamaq göz yaşın qurudur. Lakin ağlamaq psixoloji haldır və ağlamağın göz yaşına təsiri yoxdur. Gözdə narahatçılıq halları hiss etdikdə rahatladıcı eynəklərdən istifadə etmək məsləhətdir. Rahatladıcı eynək baş və göz ağrısını azaldır.

Əslində, rahatladıcı eynək yoxdur. Eynək rəqəmlərlə fərqləndirilir. Eynək daha yaxşı görmək üçün istifadə olunmalıdır. Rahatladıcı eynək adlandırılan eynəklərin hər hansı bir müalicəvi və ya rahatlatma xüsusiyyəti yoxdur.

Duzlu yeməklər gözə mənfi təsir edir fikri səhvdir. Duz hipertenziya kimi bəzi xəstəliklərə mənfi təsiri ola bilər. Lakin gözün sağlamlığına heç bir mənfi təsiri yoxdur.

Bəziləri düşünürlər ki, çox yaxından televiziya izləmək və kitab oxumaq gözə ziyandır.Bu kimi halların gözün sağlamlığına mənfi təsiri yoxdur. Lakin bunlar gözün pisləşməsi əlaməti kimi görünə bilər.Kök yemək görməyi yaxşılaşdırır fikri belə səhvdir. Düzdür, bütün meyvə və tərəvəzlərdə gözə xeyirli olan vitaminlər var. Lakin çoxlu kök yeməyin gözə xüsusi təsiri yoxdur.

Katarakt yaşlılarda daha çox müşahidə olunsa da uşaqlarda, gənclərdə və körpələrdə də olur. Katarakt xəstəliyi bir gözdən digər gözə keçə bilmir. Lakin çox hallarda hər iki gözdə olmaqla müşahidə olunur.

Həmçinində, kompyuterdən uzunmüddətli istifadə gözü pisləşdirmir. Lakin gözdə olan kiçik qüsurları ortaya çıxarır.

Görmə qabiliyyəti pozulduqda lazer müalicəsi tədbiq olunur. Görmə qüsurlarının müalicəsi üçün tədbiq olunan lazer müalicəsində gözün şəffaf təbəqəsi bəlli hissələrdə incəldilir. Gözün hər hansı bir hissəsi cızılmır.

Gözün müayinəsi anadan olduqdan sonra keçirilir. Körpələr 3 aylıq dövrdən sonra eynəkdən istifadə edə bilər.

Qeyd edək ki, uşaqlarda olan çəpgözlük böyüdükcə keçmir.Uşaqlarda bəzi hallarda çəpgözlük ciddi səviyyədə olur. Onlar dərhal müalicə olunmalıdır. Çəpgözlüyün eynək və lazer vasitəsilə müalicəsi mümkündür.

Katarakt yenidən yaranmasada, bəzən bəzi hallar kataraktın yenidən yaranması kimi qəbul edilir. Lakin katarakt yenidən yarana bilməz.

Onuda qeyd edək ki, gözə damcı damcılatdıqdan sonra 1 dəqiqə ərzində gözü yatılan vəziyyətdə bağlamaq lazımdır. Gözün sıx qırpılması damcının təsirini azaldır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz