Əlaqə Arxiv
news Image
2012.05.07
17:24
| A A A
1 milyon insanın kitabı

AFP-yə istinadən bildirilir ki, "Million Dollar Homepage" saytının müəllifi və sahibi Aleks Tyu "Facebook" sosial şəbəkəsi ilə birlikdə yeni layihəsini işə salıb. "One Million People" layihəsi ilə Tyu 3 milyon dollar qazanmaq niyyətindədir.

"One Million People" layihəsi "Facebook"la birləşdirilmiş və uyğunlaşdırılmış kitabdır. Dünyanın ən iri sosial şəbəkəsinin istənilən istifadəçisi burada öz şəklini yerləşdirə bilər.

Kitabda 1250 səhifə var və orada "Facebook" istifadəçilərindən 1 milyon insanın siması olacaq. Yəni hər səhifədə 800 insanın fotoşəkli yerləşdiriləcək. Daha sonra isə Aleks kitabın çap variantını hazırlayaraq, hər nüsxəni 100 dollardan satmaq fikrindədir.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz