"Son zəng" tədbirləri ənənvi olaraq Səbail rayonunun bütün 18 orta məktəbində təntənəli şəkildə qeyd olunub. Mövqe.az-ın məlumatına görə, tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılıb, bilik bayramının yüksək səviyyədə, butun məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni ediblər.
Səbail rayonunda 18 orta, 1 orta-ixtisas, 1 Peşə məktəbi, 3 uşaq musiqi məktəbi, 20 məktəbəqədər təhsil müəssisəsi, 2 Uşaq yaradıcılıq mərkəzi, 3 idman məktəbi fəaliyyət göstərir. Rayonun orta məktəblərində 2075 nəfər pedaqoci işçi çalışır. Orta məktəblərdə 20919 şagird təhsil alır ki, bu il onların 1506 nəfəri məzundur.
Paytaxtımızın mərkəzindəki 132-134 saylı təhsil Kompleksində keçirilən son zəng tədbirləri xüsusi təntənə təşkil olunub. Bu il 150 yaşı tamam olan, böyük ənənələrə malik 132-134 saylı Təhsil Kompleksində hazırda 77 sinifdə 2300 şagird təhsil alır. Bu il məktəbi 105 məzun bitirir ki, onlardan 5 nəfəri "Qızıl medal"a namizədddir. Son 2 il ərzində isə məktəbin məzunlarından 5 nəfər "Qızıl" və 1 nəfər "Gümüş" medala layiq görülüb.
Ölkə başçısının sərəncamına əsasən 2010-cu ildə əsaslı şəkildə
təmir olunaraq yenidənqurulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
iştirakı ilə açılışı olmuş 132-134 saylı Təhsil Kompleksi bu gün
şəhərimizin mərkəzi üçün gözəl memarlıq abidəsinə
çevrilib.
"İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuş Kompleksdə bu gün 300 nəfər işçi çalışır ki, onların 197-i müəllimdir. Pedaqoci işçilərin 2-si elmlər namizədi, 6-ı əməkdar müəllimdir. Kompleksin 11 müəllimi "Ən yaxışı müəllimi" müsabiqəsinin qaliblərindəndiriblər. 2012-1013-cü tədris ilində 20 nəfər şəhər, respublika və beynəlxalq miqyaslı Olimpiadalarda, 8 şagird idman yarışlarında və 6 şagird isə müxtəlif müsabiqələrdə qaliblər arasında olublar.
"Son zəng" tədbirində məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 132-134 saylı Təhsil Kompleksin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxışını Ümummmilli liderimiz Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" sözləri ilə başlayıb, Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıb, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib və bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıb. S.Xanlarova həmçinin bu gözəl və hər cür tələblərə cavab verən Kompleksə görə məktəb kolletivi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbir məktəblilərin musiqili-bədii
çıxışları ilə davam edib, müəllimlər, valideynlər, çoxsaylı
qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil
həyatda uğurlar arzulayıblar.
Səbail rayonunun qocaman və tanınmış məktəblərindən olan, 190 saylı məktəb bu il özünün 66-cı buraxılışını keçirir. Məktəbdə hazırda 1105 şagird təhsil alır, burada 115 pedaqoci və 22 texniki işçi çalışır. Bu il 4 sinifdə 88 şagird təhsili başa vurur və onların 2-si "Qızıl medala" namizəddir.
Bu əlamətdar tədbirə toplaşan çoxsaylı şagird və qonaqların qarşısında çıxış edən 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova bu il 11-ci sinfi bitirən məzunlara uğurlar arzulayıb, məktəbi əla qiymətlərlə bitirmiş, həmçinin müxtəlif miqyaslı fənn olimpiadalarının qalibi olmuş bir qrup məzuna Fəxri Fərmanlar və hədiyyələr təqdim edib, məzunların böyük əksəriyyətinin məktəbi əla və yaxşı qiymətlərlə bitirdiklərini xüsusi vurğulayıb.
Qeyd edib ki, 190 saylı məktəb 2009-cu ildə "Ən yaxşı ümumtəhsil
məktəbi" adını qazanmış, məktəbin 5 müəllimi "Ən yaxşı müəllimi" müsabiqəsinin
qalibləri sırasında olublar. Məktəbdə 3 elmlər namizədi, 1 əməkdar
müəllim çalışır.
190 saylı orta məktəb ötən tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Tarix aylığı"nın yekunlarına görə I yerə layiq görülüb. Şagirdlərdən 7 nəfər Bakı şəhəri üzrə keçirilən bilik olimpiadalarında I yerə çıxmış, məktəbin 2 müəlliməsi "Ən yaxşı müəllim" müsabiqəsində iştirak edir. Məktəbin şagirdləri ötən tədris ilində rayon və şəhər miqyaslı bir sıra idman yarışlarında mükafata layiq yerlər tutublar.
Bakı Slavyan Universitetində 190 saylı orta məktəbin pedaqoci kollektivi ilə birgə yaradılmış "Ali və orta təhsilin koordinasiyası" kafedrası fəaliyyət göstərir ki, keçən tədris ilində kafedra tərəfindən məktəbdə 2 ustad dərsi və 2 görüş keçirilib.
Dövlət Proqramına uyğun olaraq
məktəbin həyətində yerləşən akt və idman zallarının artıq əsaslı
təmirinə başlanıb və yeni tədris ilinin başlanğıcında işlər tam
şəkildə başa çatdırılacaq.
Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şer, mahnı və rəqslərdən ibarət çıxışları iştirakçıların çox xoşuna gəlib. Məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını çatdırdılar və tədbir böyük bədii proqramla başa çatdırılıb.
Məktəblərdə keçirilən tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyəti barədə danışıb.
Həmçinin qeyd olunub ki, Dövlət başçısı tərəfindən xalqımızın
gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində
həyata keçirilən işlər Səbail rayonunda da öz əksini tapıb. Son bir
neçə il ərzində rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq
işləri çərçivəsində 1 yeni məktəb və uşaq bağçası, 2 orta
məktəb üçün əlavə tədris körpüsü tikilib, 2 məktəb sökülərək
yenidən tikilib, 10 orta təhsil müəssisəsi, 1 peşə məktəbi, 10 uşaq
bağçası, 3 uşaq musiqi məktəbi, 2 uşaq texniki yaradıcılıq mərkəzi,
2 idman məktəbi, 1 uşaq poliklinikası əsaslı təmir olunub, bu
müəssisələr bütün lazımi avadanlıqlarla təchiz olunublar.
Hazırda rayonda daha 2 məktəbin və 1 uşaq bağçasının əsaslı, 1
məktəbin isə idman və akt zallarının təmiri
aparılır.
Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulaimış, ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Səbail rayonunda həyata keçirilən layihələr barədə də ətraflı məlumat verib, məktəblərin pedaqoci kollektivinə gələcək işlərində uğurlar arzulayıb.
Tədbirlərdə iştirak edən digər
qonaqlar müstəqil həyatın astanasında duran məzunlara
uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını
arzulayıblar.
Səbail rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçib və məzunların həyatında yaddaqalan bir günə çevrilib.
Ənənəvi olaraq orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri iştirak ediblər.