Əfqanıstanda məscidə raket atdılar: 30-dan çox ölü
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində məscidə cümə namazı zamanı bir neçə raket atılıb.
Trend-in məlumatına görə, partlayışlar nəticəsində 31 nəfər həlak olub.
50-yə yaxın yaralının olduğu deyilir.
Hücumlarla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.