"Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi ondan asılı olacaqdır"
Heydər Əliyev
1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş "Qadınların Beynəlxalq Konfransı"nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur.
Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların bizim gələcəyimiz və ölkəmizin gələcəyinin onların əlində olmasını nəzərə alsaq onların müdafiəsinə hamınıqla qoşulmaq bizim borcumuzdur.
Gələcəyimiz olan uşaqların
vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər
zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə
Səbail rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər
planı hazırlanıb, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb
olunması nəzərdə tutulub.
Tədbirlər planına uyğun olaraq 1 İyun - Uşaqların Beynəlxalq
Müdafiəsi günü ilə bağlı "Park
Bulvar" Ticarət və İstirahət Mərkəzindəki "Park Sinema"
kinoteartrında Uşaq filmləri həftəsi təşkil olunub, hər gün
200 nəfər uşağa pulsuz 3 D həcmli uşaq filmləri nümayiş
etdirilib.
Bayramla əlaqədar Səbail rayon İcra
Hakimiyyəti Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və "World
Vision International" təşkilatının Azərbaycan nümayəndəliyinin
təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü
münasibəti ilə müxtəlif sahələr üzrə istadı olan uşaqların,
idmançıların, əlil və sağlamlığı məhdud olan, İcma əsaslı
reabilitasiya mərkəzində xidmət göstərilən, müxtəlif uşaq evlərində
tərbiyə alan uşaqların, rayondakı 219 saylı Evdə-məktəbin
şagirdlərinin, həmçinin rayonun aztəminatlı ailələrinin
uşaqları üçün "Sahil bağı"nda əyləncəli bayram tədbiri
keçirilib.
Tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin
Başçısının müavini Eldar Ağayev burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun –
Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş,
onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulayıb.
Bayramın tarixçəsindən danışan Eldar Ağayev bildirilmişdir
ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar
təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı
ilə əhatə olunublar.
Qeyd olunub ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoyublar.
Uzaqgörən siyasi lider olan Heydər
Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün
də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham
Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar,
Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər
yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol
oynayacağına zəmanət verir. Ölkə başçısının "2009-cu ilin Uşaq ili
elan olunması ilə bağlı" Sərəncamı Azərbaycan dövlətinin uşaqlara
sonsuz qayğısının bariz təzahürü sayılmalıdır.
Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın
gələcəyi olan uşaqlara yüksək qayğı
nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də
səfərbər olunmasına yönəlib. Fondun "Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi əsasında ötən illər ərzində respublikamızın ən
müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib
istifadəyə verilib, 100-ə yaxın körpələr evi, bağça və
internat məktəbi əsaslı təmir olunub.
Bu gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
"World Vision International"
təşkilatının ölkə direktoru Georgi Devidze, Uşaq Hüquqları
üzrə QHT Alyansınin rəhbəri Nazir Quliyev və başqaları qeyd
ediblər ki, Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bu
günkü tədbir Azərbaycanda uşaq və gənclərin problemlərinə
cəmiyyətin diqqətini cəlb etmək, onların həllində bütün qurumların
səfərbər olmasına nail olmaq, uşaq hüquqlarının müdafiəsi sahəsində
görülən işlərə dair məlumatı ictimaiyyətə çatdırmaq, habelə bu
proseslərdə uşaqların iştirakını təmin etmək məqsədi daşıyır. Bu
gün cəmiyyətin diqqətinin gələcəyimiz olan uşaqlara, onların sağlam
və savadlı böyüməsinə, cəmiyyətdə öz yerini tutmasına yönəldilməsi
mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər arasında
əlil və sağlamlığı məhdud uşaqlara olan diqqətin artırılması
mühüm əhəmiyyət kəsb edir və istər dövlət, istərsə də cəmiyyət
tərəfindən bu kimi uşaqlara olan qayğı hər zaman
artırılmalıdır.
Tədbirdə populyar incəsnət xadimləri ilə yanaşı Səbail
rayonunun orta məktəblərində və Uşaq Musiqi məktəblərində təhsil alan, mədəniyyət
müəssisələrində, dərnəklərdə məşğul olan istedadlı uşaqların
ifasında konsert proqramı təşkil olunub, gənc idmançıların iştirakı
ilə nümunəvi çıxışlar və istedadlı uşaqların əl işlərindən ibarət
sərgi nümayiş etdirilib. Təşkilatçılar tərəfindən tədbirdə iştirak
edən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Tədbirdə dövlət qurumları, biznes və beynəlxalq təşkilatlarının, xarici dövlətlərin səfirliklərinin və uşaq sahəsində çalışan QHT-lərin nümayəndələri iştirak ediblər.