Əlaqə Arxiv
news Image
2013.06.04
13:24
| A A A
"Azərbaycan əhalinin gəliri orta səviyyədən yüksək olan ölkələrdəndir"

Mövqe.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının "2013-cü ildə əmək dünyası. İqtisadi və sosial düzənin bərpası" adlı hesabatında bildirilir.

 

Hesabata əsasən, ölkə əhalisinin 21 faizi yoxsullar kateqoriyasına (gündəlik gəliri 4 dollardan az),  19 faizi orta təbəqəyə (gündəlik gəliri 10-50 dollar) daxildir. Ölkə əhalisinin əksəriyyətini isə "tərəddüd edən qrup", yəni gündəlik gəliri 4-10 dollar olan vətəndaşlar təşkil edir.

 

Azərbaycandan fərqli olaraq Ermənistan və Gürcüstan gəliri orta səviyyədən aşağı olan ölkələr siyahısındadır. Gürcüstanda əhalinin 38 faizi yoxsullar kateqoriyasına, 10-12 faizi isə orta təbəqəyə aiddir. Ermənistanda yoxsulların sayı 20 faiz, orta sinfin sayı isə 8 faiz təşkil edir.

 

Hesabata əsasən, gəlirlərin qeyri-bərabərliyi ən çox Fransa, Danimarka, İspaniya və ABŞ-da nəzərə çarpır.

 

Proqnozlara əsasən, 2015-ci ildə dünyada işsizlərin sayı 8 milyon nəfər artaraq 208 milyon nəfərə çatacaq. İndiki tendensiya qalarsa, 2018-ci ildə dünyada 214 milyon işsiz olacaq. 


Sizin Reklam Yeriniz