Əlaqə Arxiv
news Image
2019.11.01
14:00
| A A A
Mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Mövqe.az-a bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Qırmızı Kanal” buraxılış sistemindən istifadə edərək əşyalarını rentgen aparatından keçirdikdən sonra saxlanılaraq yoxlama otağına dəvət olunub. Şəxsi yoxlama zamanı üzərindəki köynəyin sol və sağ qollarının altından, hər birində 2 ədəd olmaqla sellofan paketə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən 4 ədəd “iPhone 11 Pro 256 GB” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz