Əlaqə Arxiv
news Image
2013.06.05
16:17
| A A A
BTİ ətraf mühitin mühafizəsində İKT-dən istifadəyə çağırır

5 iyun Ümumdünya Ətraf Mühit Günü kimi qeyd edilir. Bu əlamətdar gün BMT Baş Assambleyası tərəfindən 1972-ci ildə təsis edilib və BMT-nin insanı əhatə edən ətraf mühitin problemləri üzrə konfransının həmin gündə keçirilməsi ilə əlaqədar seçilib (Stokholm, 1972).

 

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) bu imkandan yararlanaraq "ağıllı və "yaşıl" texnologiyalara investisiyaların yatırılmasına köməyə yönəldilmiş siyasətin həyata keçirilməsinə çağırır. Təşkilat həmin gün informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru üçün ekoloji sabitlik məsələləri üzrə alətlər və İKT-dən istifadə etməklə iqlim dəyişikliklərinə qarşı mübarizə üsulları ilə tanış olmağı tövsiyə edir.

 

Elektron tullantıların azaldılması, ekoloji təmiz elektrik enerjisi ilə təchizetmə, "ağıllı" elektrik şəbəkələri və iqlim dəyişikliklərinin monitorinqi – İKT-nin ətraf mühitin mühafizəsinə xidmət edəcək yalnız bəzi sahələrdir.

 

İqlim dəyişiklikləri problemlərinin həllində İKT-dən istifadəyə kompleks yanaşmanın hazırlanmasında lider rol oynayan BTİ ətraf mühitin mühafizəsinə yönələn İT həllərdən istifadəni məqsədəuyğun hesab edir.

Sizin Reklam Yeriniz