Əlaqə Arxiv
news Image
2013.06.06
13:51
| A A A
Magistraturaya yeni ixtisaslar üzrə qəbul aparılacaq

2013-2014-cü tədris ili üçün Azərbaycanda magistraturaya qəbul planı ötən tədris ili ilə müqayisədə 12,84% artıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı 1616-dır.

 

E. Nağızadə qeyd edib ki, növbəti tədris ilindən ölkədə ali məktəblərin magistraturalarına yeni ixtisaslar üzrə də qəbul aparılacaq. Onun sözlərinə görə, bu tədris ilində nəqliyyat servisi, uçuş mühəndisliyi, hava nəqliyyatında hərəkətin idarə olunması, aviasiyanın bır sıra digər istiqamətləri, balıqçılıq sənayesi sahəsi üzrə yeni ixtisaslar yaradılıb: "Həmin ixtisaslar üzrə magistraturaya qəbul reallaşacaq. 51, 52, 57, 58, 59, 60 nömrəli proqramlarda yeni ixtisaslar yaradılıb ki, bu proqramlara uyğun olaraq, Bakı Dövlət Universitetində dinşünaslıq istiqaməti üzrə magistr hazırlığı aparılacaq".

 

Qeyd edək ki, ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi martın 3-də keçirilib. Martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar üçün hazırda proqram seçimi aparılır. Qəbul imtahanının ikinci mərhələsi isə iyunun 23-də keçiriləcək.

 

Sizin Reklam Yeriniz