Əlaqə Arxiv
news Image
2012.05.08
13:38
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu, səhər zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 8-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnozlara görə isə mayın 8-dən 11-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişikliklər gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Tural QABİLOĞLU

Sizin Reklam Yeriniz