Səhiyyə Nazirliyi Sumqayıtda baş verən yol qəzası barədə məlumat yayıb
Səhiyyə Nazirliyi ötən gecə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzası barədə məlumat yayıb.
Nazirlikdən Mövqe.az-a bildirilib ki, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb.
Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.