Əlaqə Arxiv
news Image
2019.11.22
16:56
| A A A
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə pansionatı istifadəyə verildi

Müəssisədə ildə orta hesabla 4500-dən çox şəxsə xidmət göstəriləcək.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir bərpa müalicə müəssisəsi - Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Pansionatın açılışı tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Xəzər rayon İH başçısının müavini Vüqar Novruzov, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Rüstəm Ağayev və b. iştirak edib.

A.Kərimov çıxış edərək vurğulayıb ki, bu müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müasir tələblərə uyğun bərpa müalicəsi şəraitinin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas qruplardan olan vətəndaşlara, o cümlədən əliliyi olan şəxslərə xüsusi qayğısının daha bir təzahürüdür.

Hazırda nazirliyin 14 bərpa-müalicə müəssisəsi olduğunu qeyd edən nazir müavini dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizdə bərpa müalicəsi infrastrukturunun müasirləşdirilməsi sahəsində aparılan işlər barədə məlumat verib. O bildirib ki, son illərdə Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Bu günlərdə isə Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən də əlilliyi olan şəxslərin reabilitasiyasına mühüm töhfələr verilir. Fondun dəstəyi ilə son illərdə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi də yaradılıb.

A.Kərimov Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işlərinin davam etdiyini deyib. Həmin müəssisələrdə də yüksək standartlara uyğun bərpa müalicəsi şəraitinin yaradılmaqda olduğunu bildirib. Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsinin də nəzərdə tutulduğunu, ayrı-ayrı bölgələrdə yeni reabilitasiya müəssisələrinin yaradılacağını deyib.

Mərdəkan Müalicə Pansionatında əlilliyi olan şəxslərlə bərabər, müharibə veteranlarına, əmək pensiyaçılarına da müalicə xidmətlərinin göstəriləcəyini qeyd edən nazir müavini diqqətə çatdırıb ki, müəssisədə avadanlıqlar, tibbi və reabilitasiya aparatları da yenilənib.

Qeyd olunub ki, 2 korpus, köməkçi bina, qazanxana, su anbarı, elektrik yarımstansiyasından ibarət olan Pansionatda yenidənqrma işləri çərçivəsində çarpayı sayı da artırılıb. Hazırda 188 çarpayı sayı olan müəssisədə ildə 4500-dən çox şəxs

Sizin Reklam Yeriniz