Əlaqə Arxiv
news Image
2013.06.07
15:02
| A A A
Paytaxtda daha bir qəsəbə yenidən tikiləcək-Ekskuliziv
Elçin Qədimov: "Qəsəbədəki evlər istismar müddətini başa vurduğundan bu qəsəbə yenidən salınacaq"

Paytaxtda məcburi köçkünlər üçün 1999-cu ildə salınmış "Ümid"qəsəbəsi yenidən qurulacaq. Bu barədə Movqe.az-a məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov verib. E. Qədimovun sözlərinə görə, qəsəbədəki evlər istismar müddətini başa vurduğundan bu qəsəbə yenidən salınacaq. Komitə səlahiyyətlisi qəsəbədə yeni evlərin tikintisinə  bu il başlanılacağını bildirdi.  

Qeyd edək ki, Ümid qəsəbəsinin əsası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. 2000-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunub. 2005-2008-ci illərdə Norveçin "Qaçqınlar Şurası" Beynəlxalq Humanitar Təşkilatının Qaradağ Rayon İcra Hakimiyyəti və Laçın rayonunun Mişni icması ilə birgə layihəsi əsasında Ümid qəsəbəsinin ərazisində adı çəkilən icmanın məcburi köçkünləri üçün 110 kotec tipli fərdi yaşayış evi inşa olunub. 


Sizin Reklam Yeriniz