Əlaqə Arxiv
news Image
2013.06.07
16:45
| A A A
8 regiondan "böyük köç"olacaq-Özəl
Elçin Qədimov: " Hazırda ölkənin 8 regionunda belə yaşayış kompleksləri salınır və il ərzində qaçqın və məcburi köçkünlərin həmin yeni binalara köçürülməsi nəzərdə tutulur"

Bu il ərzində ölkənin 8 regionunda qaçqın və məcburi köçkünlər yeni tikililmiş binalara köçürüləcək.Bu məlumatı Movqe.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov verib. E. Qədimovun sözlərinə görə, hazırda Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq Gəncədə 25 hektar sahədə salınmış qəsəbədə hər biri 5 mərtəbəli olmaqla 25 çoxmərtəbəli binanın inşası sürətlə davam etdirilir. Binalarda 150 bir otaqlı, 650 ədəd iki otaqlı, 550 üç otaqlı, 150 dörd otaqlı mənzillərin inşası nəzərdə tutulmuşdur. Bundan başqa şəhərcikdə 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, inzibati, 500 yerlik klub binaları, musiqi məktəbi, həkim məntəqəsi və ATS inşa edilir. Bərdə rayonunda yeni yaşayış məhəlləsində hər biri 5 mərtəbədən ibarət 15 ev, 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, həkim məntəqəsi, klub, inzibati bina, poçt inşa edilir. Binalardakı mənzillər dörd, üç, iki və birotaqlıdır. Tikinti işləri ilə 20-yə yaxın şirkət məşğul olur. İşlər tam yekunlaşdırıldıqdan sonra yeni məhəllədəki mənzillərə Bərdə rayonu ərazisindəki təhsil müəssisələrində müvəqqəti məskunlaşmış ailələr köçürüləcək. Eləcə də, İmişli, Qəbələ, Balakən, İsmayıllı rayonları ərazilərində də qaçqın və məcburi köçkünlər üçün yeni binalar inşa edilir. Hazırda ölkənin 8 regionunda belə yaşayış kompleksləri salınır və il ərzində qaçqın və məcburi köçkünlərin həmin yeni binalara köçürülməsi nəzərdə tutulur". 

Sizin Reklam Yeriniz