Əlaqə Arxiv
news Image
2013.06.09
13:50
| A A A
Meyvə tərəvəz-emalı sahəsində mövcud problemlərin maraqlı səbəbləri üzə çıxır
Rəşad Həsənov: “Azərbaycan sadəcə nar şirəsini dünya bazarlarına çıxarmaqla ciddi dividendlər əldə edə bilər” Nizami Qarayev: “Məhsul kifayət qədər çox olmalıdır ki, emal müəssisələrinə yönəldilə bilsin”

Məlumdur ki, Sovet dövründə ölkədə kifayət sayda konserv, şirə istehsal edən və digər emal müəssisələri fəaliyyət göstərirdi. Azərbaysanda meyvə tərəvəz-emalı üzrə ixtisaslaşmış 80-dən çox müəssisə mövsud olub. və onlar ildə 750 milyon şərti banka meyvə-tərəvəz konservləri istehsalı imkanına malikdirlər, bir şərti banka təxminən 345 qram hazır məhsul deməkdir. Çoxu sovet dövründən qalmış və ölkənin bütün regionlarını əhatə edən bu müəssisələrin əksəriyyətində meyvə şirəsi sexi də var və bu sexlərin toplam şirə istehsalı 100 milyon şərti banka təşkil edir. Hazırda isə bu müəssisələrin müəyyən hissəsi fəaliyyət göstərir, lakin fəaliyyətini dayandıranların da sayı çoxdur. Ekspertlər burada əsasən nüans kimi, xammalın azlığını göstərirlər. Mütəxəssislərin sözlərinə görə, fermerlər məhsullarını emal müəsssisənə verməkdənsə, açıq bazarda satmağa daha çox üstünlük verirlər. Satışdan artıq qalanların çox isə emala da yarasız olur. Bundan başqa, sovetlər və indiki dönəm üçün məhsulun bazar dairəsində də fərqlərin olduğunu bildirirlər. Belə ki, Sovet İttifaqının coğrafi sahəsi indiki Azərbaycanın ərazisindən dəfələrlə böyük olduğundan həmin vaxt bazarların sayı çox idi. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, ümumiyətlə, ölkədə yeyinti sənayesində son illərdə müəyyən inkişaf baş versə də, mövcud potensialdan tam istifadə edilmir: "Sovet dövründə bu sahə daha geniş spektrli inkişaf etmişdi. Buna əsas səbəb ilk növbədə 15 müttəfiq respublika bazarlarına maneəsiz çıxış idi. Həmçinin rəqabət mühiti də sərt deyildi. Hazırda isə şərtlər tamamilə dəyişib. Belə ki, istehsal etmədən əvvəl onun bazarı haqqında fikirləşmək lazımdır. Çünki, istehsal olunan məhsulların rəqabətutumlu olması əsas şərtlərdən hesab edilir. Bundan başqa, istehsalın dövriliyini təmin etmək üçün xammal qıtlığı yaşanmamalıdır. Lakin hazırda ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın istənilən səviyyədə olmaması istehsalçılara xammal əldə etməkdə problemlər yaradır. Məhz bu səbəbdən bəzi yeyinti məhsulu istehsalı edən müəssisələr özləri həm də bağçılıq, üzümçülük kimi xammal tədarükünü dəstəkləyən yan fəaliyyətlərlə məşğul olurlar".

Ekspert bildirdi ki, hazırda yeyinti sənayesinin ümumi sənayedəki payı təxminən 30 faizdir: "Bu sahələrə əsasən meyvə - tərəvəzin konservləşdirilməsi, alkaqollu və alkoqolsuz içkilərin istesalı və s. aid etmək olar. Bu sahənin inkişafı üçün müəyyən addımlar atılır. Bir neçə rəqəmlərə diqqət etməklə irəliləyişi görmək mümkündür. Belə ki, əgər 2005-ci ildə ölkədə 23 min ton meyvə-tərəvəz konservləşdirilmişdisə, 2012-ci ildə bu təxminən 150 min tonadək artıb. Yaxud 2005-ci ildə 13360 dekalitr alkaqolsuz içki istehsal edildiyi halda, 2011-ci ildə hasilatın bu növündə 20980 dekalitrə qədər məhsul istehsal edilib. Lakin qeyd etdiyimiz kimi, mövcud potensialdan tam istifadə edilmir. Azərbaycan sadəcə nar şirəsini dünya bazarlarına çıxarmaqla ciddi dividendlər əldə edə bilər. Amma bu sahədə çox az müəssisə fəaliyət göstərir".

İqtisadçı onu da əlavə etdi ki, yeyinti sənayesinin inkişafına marağı artıran digər mühüm amil son zamanlar bütün dünyanı narahat edən genetik modifikasiya olunmuş (GMO) məhsulların insan həyatı üçün ciddi təhlükə yaratmasını hesab etmək olar: "Üstəgəl ölkənin ərzaq təhlükəsizliyi kimi strateji məqsəd. Bu kimi amillər yeyinti sənayesinin inkişafına, yeni müəssisələrin açılmasına, bu sahədə innovasiyanın tətbiqinə, rəqabəttutumlu istehsalın təmin edilməsinə, sektora dövlət dəstəyinin vacibliyinə əsas səbəblərdir".

Aqrar sahə üzrə ekpert Nizami Qarayev bildirir ki, o zaman ilə bu günü müqayisə etmək o qədər də düzgün olmazdı: "Çünki, o vaxt Sovet İttifaqı var idi. İstehsal olunan məhsul çox asanlıqla İttifaqın bazarlarına çıxarıla bilirdi. İndi isə məhsulun beynəlxalq bazarla çıxarılmasında müəyyən probemlər var. Burada keyfiyyət, qablaşma, məhsulun tanıdılması və marketinq məsələsi var ki, bunları həll etmədən hansısa zavod quraraq həmin məhsulu beynəlxalq bazara çıxarmaq çətindir. Əgər məhsul satılmırsa, zavod qurmaq səmərəsiz olar. Bütün hallarda məhsulun satılması planlaşdırılmalı, sonra emal müəssisəsi yaradılmalıdır. Bu gün son məhsulun satılması ilə bərabər xammal ilə təminatda da müəyyən problemlər mövcuddur. Sovet dövründə şirə istehsalı üçün olan məhsullar çox idisə, bu gün belə məhsullar açıq bazarda satılır və emal üçün kifayət qədər məhsul verilmir. Çünki, sovet dövründə iri təsərrüfatlar var idi. Onlar istehsal etdiyi məhsulun bir hissəsini İttifaqın müxtəlif şəhərlərinə göndərirdisə, qismən yarasız hissəsi emal olunurdu. İndi də kifayət qədər məhsul var, amma həmin məhsullar paylanılmış, pərakəndə şəkildədir. Bu məhsulları toplamaq, tədarük etmək, onları yenidən emal müəssisələrinə vemək üçün işlər görülməlidir. Yəni, xammalla təminedilmə və istehsal olunacaq məhsulun beynəlxalq bazarlara çıxarılması məsələsi əsasdır. Bazarlara göndərilən, lakin bazarın tələbatına cavab verməyən, qismən az keyifəyyətdə olan, əmtəə görünüşü labüd səviyyədə olmayan məhsullar da emal müəssisələrinə göndərilir. Məhsul kifayət qədər çox olmalıdır ki, emal müəssisələrinə yönəldilə bilsin. Yəni, açıq bazarda yeni məhsulun qiyməti baha olur. Emal müəssisələri isə həmin məhsulları aşağı qiymətə götürməyə çalışırlar. Belə vəziyyətdə fermer öz məhsulunu emal müəssisələrinə verməkdə maraqlı olmur. Ona görə də emal müəssislərinin işləməməsinin əsas səbəblərindən biri xammalın çatışmazlığıdır".

Sizin Reklam Yeriniz