Əlaqə Arxiv
news Image
2013.06.10
14:54
| A A A
TQDK iyunun 7-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 7-də respublikanın 18 şəhər və rayonunda keçirilmiş növbəti buraxılış imtahanlarının nəticələrini açıqlayıb.


TQDK-nın mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, imtahanların nəticələri və cavab kartlarının qrafik təsviri komissiyanın internet saytında yerləşdirilib.

 

Qeyd edək ki, imtahanlar Naxçıvan MR-də, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada aparılıb. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanıb. İmtahanda 32121 nəfər IX sinif , 23835 nəfər isə XI sinif şagirdi iştirak edib. 


Sizin Reklam Yeriniz