Əlaqə Arxiv
news Image
2013.06.10
17:23
| A A A
«28 May» metro stansiyasının əsas çıxışı bağlanacaq

Bakı Metropoliteninin 2011-15-ci illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində yenidən qurulan "28 May" stansiyasında aparılan tikinti işləri ilə əlaqədar iyul ayının 1-dən stansiyanın əsas çıxışı (Cəfər Cabbarlı meydanına) müvəqqəti olaraq bağlanacaq.


Bakı Metropolitenindən Mövqe.az-a verilən məlumata görə, tikinti müddəti ərzində sərnişinlər metro stansiyasının Salatın Əsgərova küçəsi istiqamətində yerləşən ikinci giriş-çıxışından, həmçinin "Cəfər Cabbarlı" stansiyasının giriş-çıxışından istifadə edə biləcəklər.

 

"Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir", - deyə nəqliyyat müəssisəsinin rəsmi xəbərində bildirilir.

 

Sizin Reklam Yeriniz