Azərbaycan gömrükçüləri 142 ədəd metadon həbinn dövriyyədən çıxarıb
Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada qayıdan Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual edilib.
Mövqe.az bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan olunan heç bir predmet aşkar edilməyib. Lakin təkrar sorğu-sualdan sonra o, daxili orqanında narkotik vasitə gizlətdiyini etiraf edib.
Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan həmin şəxsin düz bağırsağında 1 büküm, üzərində "M40" nişanəsi olan 142 ədəd metadon adlı həb aşkarlanıb.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.