Əlaqə Arxiv
news Image
2019.12.07
10:15
| A A A
Xalqa uğurlu xidmət missiyası

Elman Nəsirov: “Xalq-hakimiyyət birliyi indi daha monolit xarakter kəsb etməkdədir”

Musa Qasımlı: “Bu gün Azərbaycan hər bir insanın daha rahat və təhlükəsiz yaşaması üçün ən etibarlı ölkədir”

“Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır”. Bu fikirləri

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda "Asan həyat" kompleksinin açılışı zamanı kompleksin əməkdaşları ilə görüşündə deyib. 

Görüş çərçivəsində dövlət başçısı bu ilin fevralında Şamaxıda baş verən zəlzələdən əziyyət çəkən insanların həyat şəraitinin yaxşılaşdırılması işini dövlətin öz üzərinə götürdüyünü deyərək, ötən müddət ərzində bu istiqmaətdə ciddi işlərin görüldüyünü diqqətə çatdırıb: “Əlbəttə, bu, böyük məsrəfdir, böyük xərclərdir. Amma biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır. Ən ağır vəziyyətdə olan vətəndaşları biz daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Şamaxı rayonunda baş vermiş zəlzələnin fəsadlarının bir hissəsi aradan qaldırılıb. Bu gün mənə növbəti addımlarla bağlı məruzə ediləcək. Zəlzələdən əziyyət çəkmiş yoldaşlar bilsinlər ki, biz onların yanındayıq. Necə ki, mən zəlzələdən dərhal sonra Şamaxıya gəldim. Bu gün də deməliyəm ki, bu məsələ daim diqqət mərkəzindədir. Təmirə, tikintiyə ehtiyacı olan axırıncı evə qədər bu, daim mənim diqqətimdə olacaqdır”.

Qeyd edək ki, Azərbaycanda getdikcə möhkəmlənən xalq-iqtidar birliyi hökm sürür. Mövcud hakimiyyətin bütün fəaliyyəti xalqın və dövlətin maraqlarının müdafiəsinə yönəlib və bu istiqamətdə iqtidar ciddi uğurlara imza atıb. Məhz bunun nəticəsidir ki, xalq-iqtidar birliyi daha da güclənir.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, dövlət başçısının gördüyü işlər, həyata keçirdiyi tədbirlər xalqla iqtidar arasında birliyi günü-gündən daha da gücləndirir: “Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyev Şamaxı rayonuna səfəri zamanı söylədi ki, dövlətimiz xalqı qoruyur və xalqla hakimiyyət birliyi həmişəkindən daha da möhkəm olmalıdır. Bu gün həmin birlik mövcuddur və daha da güclənməkdədir. Bu, bir həqiqətdir.

Cənab Prezident demişkən, Azərbaycanın müstəqillik tarixində, xüsusən də 1993-cü ildən üzü bəri qazandığı üç mühüm nailiyyət var.  Bu nailiyyətlərdən birincisi sabitlikdir. İkincisi. sabitlik fonunda yaradılan təhlükəsizlik mühitidir. Üşüncüsü isə, sabitlik və təhlükəsizlik əsasında  inkişafımızın təmin edilməsidir. Sabitliyin əsasında dayanan həlledici faktor isə şübhəsiz ki, hakimiyyət xalq birliyidir. Fikir vermisinizsə, hazırda qonşu regionlarda, Yaxın Şərqdə, Latın Amerikası ölkələrində baş verən siyasi kataklizmlərin kökündə dayanan əsas səbəb həmin regionlarda hakimiyyətlə xalq arasında birliyin olmamasından qaynaqlanır. Həmin dövlətlərdə hakimiyyət bir çox hallarda müəyyən xarici siyasi dairələrin diktəsilə oturub durur və onların, habelə özlərinin şəxsi mənafeyindən irəli gələn siyasət həyata keçirirlər. Belə olan təqdirdə isə, xalqla iqtidar, hakimiyyət arasnda uçurum əmələ gəlir. Xalq-hakimiyyət birliyi olan yerdə isə həmin müəyyən beynəlxalq siyasi dairələrin diktə dili ilə danışmaları qeyri-mümkün olur. Azərbaycan da məhz belə dövlətdir və cənab Prezidentin siyasətini xalqımız birmənalı şəkildə dəstəkləyir, onun və bütün təşəbbüslərini müdafiə edirlər. Bunun səbəbi odur ki, xalqımız dövlət başçısının məhz xalqın mənafeyindən, marağından  irəli gələn siyasəti həyata keçirdiyini gözəl bilir.  Bu siyasət isə müstəqil, milli maraqlara söykənən siyasətdir. Ölkəmizi, xalqımızı güclü edən cəhət də məhz budur.

Eyni zamanda bu da həqiqətdir ki, məhz həmin səbəbdən, yəni Azərbaycanın müstəqil, milli maraqlara söykənən siyasətinin müəllifi və onu həyata keçirən şəxs cənab Prezident olduğundan, müəyyən anti-Azərbaycan beynəlxalq siyasi dairələri bir çox hallarda cənab Prezidenti hədəf seçir, ona qarşı müəyyən təzyiq elementlərini işə salmağa çalışırlar. Ancaq onların bu cabalarının heç bir nəticəsi olmur. Çünki, cənab Prezidentin siyasi iradəsi ortadadır. Onun arxasında isə xalq dayanıb. Xalq hakimiyyət birliyi belədə indi daha monolit xarakter kəsb etməkdədir. Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri zamanı səsləndirdiyi fikirlər də məhz dediyim bu reallıqlardan qaynaqlanır. Nəticədə bir daha bütün dünyaya məlum oldu ki, Azərbaycan eksperimentlər keçirmək üçün məkan ola biməz. Eksperimentləri başqa yerlərdə keçirsinlər. Azərbaycan bunun üçün münasib yer deyil. Burada sabitlik və təhlükəsizliyimizin qarantı olan xalq iqtidar birliyi mövcuddur”.

Milli Məclisin deputatı Musa Qasımlı məsələ ilə bağlı qeyd etdi: “Cənab Prezidentin bütün fəaliyyəti Azərbaycan vətəndaşlarına daha yaxşı yaşamaları üçün əlverişli şəraitin yaradılmasına yönəlib. Qəbul edilən bütün qərarlar bilavasitə Azərbaycan vətəndaşının maraqlarına xidmət edir. Prezident hər zaman söyləyib ki, “mən xalqın xidmətçisiyəm”. 

Gerçəkdən də cənab Prezident özünün səmimiliyi, sadəliyilə əsl xalq adamıdır. Eyni zamanda, zəmanəmizin görkəmli dövlət və siyasi xadimidir. Məhz onun fəaliyyəti nəticəsində bu gün Azərbaycanda xalqla hakimiyyət, iqtidar arasında sıx birlik mövcuddur.

Cənab Prezident gücünü Azərbaycan xalqından alır, o, xalqa arxalanır. Xalqımız da dövlət başçısını qətiyyətlə müdafiə edir və onun yanındadır. Xalqımızın Prezidenti müdafiə etməsi və onun yanında olması səbəbsiz deyil.  Azərbaycan vətəndaşı görür ki, ölkədə yürüdülən bütün siyasət onun maraqları üçündür. Cənab Prezident Azərbaycan xalqının marağını güdür, xaricdə dövlət və millətin maraqlarını ən gözəl səviyyədə müdafiə edir. Cənab Prezidentin xalq tərəfindən sevilməsi və müdafiə edilməsinin kökündə məhz bunlar dayanır. Dövlətimiz daima Azərbaycan vətəndaşını qoruyur. Bu gün Azərbaycan hər bir insanın daha rahat və təhlükəsiz yaşaması üçün ən etibarlı ölkədir”.

 R. SOLTANOV

 

Sizin Reklam Yeriniz