Əlaqə Arxiv
news Image
2012.05.09
11:00
| A A A
Biz niyə qocalırıq?

Movqe.Az xəbər verir ki, bizim hər gün bədənimizdə milionlarla hücəyrə ölür və təxminən o qədər də yaranır. Uşaqlarda gündəlik yaranan hüceyrələr ölənlərdən daha çox olur və buna görə də onlarda böyümə prosesi gedir. İnsanlar yaşlandıqca məhv olan və yaranan hüceyrələrin sayı bərabərləşir və daha sonra məhv olan hüceyrələr yaranan hüceyrələri üstələyir. Eyni zamanda cavan insanlarda bədən məhv olmuş hüceyrələri lazımı vaxta bədəndən çıxardığı halda insan yaşlandıqca onlar bədəndən vaxtında çıxmadıqları üçün insanın bədənində ölü hüceyrələr yığılmağa başlayır və buna görə də insan yaşlandıqca dəri qırışır, daha quru olur və s.

Alimlərin son 10 ildə kəşf ediblər ki,insan hüceyrələri hər bölünən zaman özlərinin əvvəlcə neçə dəfə bölündüklərini yadda saxlaya bilirlər və 50 nəsil bölündükdən sonra bölünmə prosesi dayanır.

Bütün bu lazımı məlumlatları onlar bildiklərindən bir çox alim iddia edir ki, yaxın zamanda insanların indikindən bir neçə dəfə çox yaşamasının üsulları tapılacaq, çünki bunun üçün sadəcə hüceyrədə hansı DNT-in 50 dəfə bölünmə xüsusiyyətini özündə saxlamasını müəyyən etmək kifayətdir ki, insanın yaşını uzatmaq mümkün olsun.

Tez qocalmanın qarşısı almaq üçün isə bədən kütləsinin az və ya normal olması(çünki kök adamlarda hüceyrələr daha tez bölünür və beləliklə 50 bölünməyə daha tez çatırlar), az stress keçirtmək(çünki stress zamanı qan dövranı sürətlənir və hüceyrələr daha sürətli bölünür) və s kimi qaydalara riayət etmək lazımdır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz