Əlaqə Arxiv
news Image
2019.12.10
09:50
| A A A
“Azərişıq” ASC-nin işçisinin ölümü ilə bağlı cinayət işi açılıb

Kürdəmir Elektrik Şəbəkəsi ustasının faciəvi ölümü ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Mövqe.az-ın xəbərinə görə, hazırda istintaq aparılır.

Qeyd edək ki, hadisə dekabrın 8-də rayonun Xırdapay kəndi ərazisində baş verib. Belə ki, həmin kənd sakini, 1968-ci il təvəllüdlü Əhliman Xəlilovu elektrik cəryanı vuraraq öldürüb. Məlumata görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) daxil olan Kürdəmir Elektrik Şəbəkəsində usta işləmiş Ə.Xəlilov saat 19 radələrində Xırdapay kənd ərazisində beton olan elektrik xəttini təmir edirmiş. Bu zaman onu elektrok cəryanı vurub və Ə.Xəlilov hadisə yerində ölüb.

Sizin Reklam Yeriniz