Əlaqə Arxiv
news Image
2013.06.11
16:08
| A A A
Sabah imtahandır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlanacaq. IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 58 imtahan mərkəzi ayrılıb. İmtahanda 26301 nəfər IX sinif şagirdinin iştirakı nəzərdə tutulub. İmtahanın (9-cu sinif) idarə olunması üçün 2198 nəzarətçi-müəllim ayrılıb. İyunun 12-də orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 58 imtahan mərkəzi ayrılıb. İmtahanda 19910 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulub. İmtahanın (11-ci sinif) idarə edilməsi 1717 nəzarətçi-müəllim ayrılıb. Hər iki imtahana ümumilikdə 163 imtahan rəhbəri cəlb edilib. Buraxılış imtahanı Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - Rus dili fənni) və Riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.

Sizin Reklam Yeriniz