Sumqayıt sakininə qarşı soyğunçuluq edilib, 230 manatı aparılıb
Sumqayıt sakininə qarşı soyğunçuluq edilib.
Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Kimyaçılar qəsəbə sakini M.Quliyevaya zor tətbiq edib içərisində 230 manat olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini R.Məhərrəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.