Azərbaycan xalqının Milli Qurtuluş günü ərəfəsində Səbail rayon İcra Hakimiyyəti və rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə Daxili Qoşunların "N" saylı hərbi hissəsində tədbir keçirilib.
Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar Komandanlığının iştirakı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti, rayondakı ali məktəblərinin tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri ilə yanaşı Bakı Oksford məktəbində təhsil alan şagirdlər, Daxili Qoşunların şəxsi heyəti iştirak ediblər.
Əvvəlcə hərbi hissənin sıra meydanında şəxsi heyət və gənclərin düzülüşü təşkil olunub. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər, hərbçilər və qonaqlar Azərbaycan Respublikasının Dövlət Himnini birgə ifa ediblər.
Sonra tələbə və şagirdlər, müəllimlər Səbail rayon İcra
Hakimiyyətinin Başçısı Asif Əsgərov və Daxili Qoşunlar Qərargahının şöbə rəisi polkovnik Mətləb
Qənbərovun iştirakı ilə hərbi hissədə yaradılmış Azərbaycan
Daxili Qoşunlarının Döyüş Muzeyində qoşunların yaranması, döyüş
yolunu əks etdirən eksponatlarla tanış olub, əsgər yataqxanasına
tibb məntəqəsinə, idman şəhərciyinə, xidmət otaqlarına, xidmət
itlərinin saxlanıldığı kinoloji mərkəzə, xidməti at tövlələrinə
baxıblar. Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi
müasir silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə
brifinq keçirilib. Daxili Qoşunların zabitləri qonaqlara
silahlardan istifadə qaydalarını, əsgər və zabitlərin müxtəlif hava
şəraitləri üçün nəzərdə tutulmuş geyimlərini, xüsusi geyim və
qorunma vasitələrini nümayiş etdiriblər. Daha sonra şəxsi heyəti
gündəlik xidməti və hazırlığı, xüsusi təyinatlı dəstə üzvləri
tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilib,
Daxili Qoşunların hərbi orkeçtrinin müşayəti ilə hərbi texnika və
şəxsi heyətin təntənəli keçidi olub.
Tədbir iştirakçıları qarşısında çıxış
edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə
tədbir iştirakçılarını Milli Qurtuluş günü və tədbirin
keçirildiyi "N" saylı hərbi hissənin yaradılmasının 21-ci ildöbnümu
münasibəti ilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin
ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, Ulu
öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda
peşəkar hərbiçilərin yetişdirilməsi məqsədi ilə C.Naxçıvanski adına
hərbi liseyin yaradılmasından danışıb, bu gün ölkə Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən
Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə
təminatında görülən işlər barədə məlumat verib, bu kimi tədbirlərin
gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühm rol oynadığını
vurğulayıb.
Daxili Qoşunların "N" saylı hərbi hissəinin komandir əvəzi,
polkovnik-leytenant Alim İsmayılov Azərbaycan Ordusunun yaradılmasında Heydər Əliyevin böyük və
əvəzsiz rolundan danışıb, hərbi hissənin müasir silah və texnika
ilə təminatı, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində görülən işlər barədə məlumat verib.
Rəsmi hissədən sonra qonaqlar və hərbi hisənin şəxsi heyəti üçün birgə nahar süfrəsi təşkil olunub. Qonaqlar yeməklərin keyfiyyətini yüksək qiymətləndiriblər.
Bu kimi tədbirlər yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin daha da artılırması və onların hərbi xidmətə hazırlığı işlərində mühüm əhəmiyyət kəsb edir, Səbail rayonu ilə Daxili Qoşunlar arasındakı dostluq əlaqələrini daha da möhkəmlədir.