Əlaqə Arxiv
news Image
2013.06.14
12:18
| A A A
Bakıda I Fransız-Azərbaycan Universitetlərarası Forumu keçirilir

Bakıda I Fransız-Azərbaycan Universitetlərarası Forumu keçirilir. Mövqe.az-ın xəbərinə görə, forumda Azərbaycanın və Fransanın ali təhsil sistemlərində prioritet istiqamətlər, iki ölkənin təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilir.

 

Forumun açılışında çıxış edən Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev bildirib ki, forumun məqsədi Fransa universitetləri haqqında daha dolğun məlumat almaqdır: "Ümid edirəm ki, həm Fransa, həm də Azərbaycan tələbələri bundan yararlanacaq".

 

Tədbirdə çıxış edən Təhsil Nazirliyi aparatının rəhbəri Ceyhun Bayramov bildirib ki, Azərbaycan hökuməti öz vətəndaşları üçün təhsil sahəsində bütün imkanları yaradır. Onun sözlərinə görə, Azərbaycan gənclərinin xaricdə təhsil alması üzrə 2007-2015-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində 1825 tələbə dünyanın müxtəlif universitetlərində təhsil almaq hüququ qazanıb: "Azərbaycan uğurlu təhsil sistemi quran ölkələrin təcrübəsini öyrənir, öz vətəndaşlarının Fransanın ən reytinqli ali məktəblərində təhsil almasını təmin edir. Fransanın 30-a yaxın universitetlərində Azərbaycan tələbələri təhsil alır".

Sizin Reklam Yeriniz