Avtomobil alınması üçün verilən kreditlərin faiz dərəcələrinin kifayət qədər baha olması hələ də aktuallığını qoruyan mövzular sırasında yer alır. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Nazim Məmmədov Mövqe.az-a açıqlamasında qeyd edir: "Avtomobil kreditlərinin baha olması qaytarılmayan, yəni problemli kreditlərin çox olmasından qaynaqlanır. Bu gün işi olan avtomobili kreditlə alır, sabah işini itirir, ona görə də banklar risklərini yüksək faizlərlə sığortalamağa çalışırlar. Yazılmış müqavilənin şərtlərinə uyğun, avtomobil geri alınıb hərracda satılaraq bankın pulu ödənilməli, qalanı isə borcluya verilməlidir".
İqtisadçı ekspert Nicat Hacızadə bu mövzuya belə münasibət bildirdi: "Əsas problem əhalinin öz gəlirlərinə uyğun avtomobil almamasıdır, yəni gəlirlər düzgün qiymətləndirilmir. Avtomobili kreditə götürən zaman digər xidmətlər üzə çıxır. Misal üçün sığorta və digər əməliyyatlar üzə çıxır ki, bunlar da kreditin faizini qaldırır. Və bu da avtomobil almış şəxsin bu kreditlərlə bərabər digər xərclərinə səbəb olur. Bel əvəziyyət avtomobil almaq istəyən şəxs üçün müəyyən müddətdən sonra problemlər yaradır, yəni vəziyyətini daha da ağırlaşdırır. Bundan başqa bankların kredit siyasətini düzgün yeritməməsi, müştərilərə qarşılaşa biləcəyi təhlükələri deməməsi, əvvəlcədən bununla bağlı xəbərdarlıq etməməsi də vəziyyətə təsir edir. Müəyyən vaxtan sonra müştəri krediti ödəyə bilmədik də avtomobil bankın sərəncamına keçir.
Əksər hallarda avtomobil aşağı qiymətə rəsmiləşdirilir və aradakı fərq cuzi olduğu üçün məbləğ geri qaytarılmır. Avtomotik olaraqda müştərinin indiyə qədər ödədiyi pul da batır. Burada əsas problemlərin kökündə bankların kredit faizləridir ki, bu da Azərbaycanda ümumiyyətlə, nəinki avtomobildə,eləcə də digər sahələrdə özünü büruə verir".