Əlaqə Arxiv
news Image
2013.06.17
12:40
| A A A
"Gənclər üçün kiçik həcmli biznes inqibatorlarının yaradılması” layihəsinə yekun vurulub
Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər üçün kiçik həcmli biznes inqibatorlarının yaradılması" layihəsinə uğurla yekun vuruldu.
Layihə çərçivəsində elanlar hazırlanmış və qəsəbə daxilində paylanmış, qəsəbə gəncləri Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyətinin Sahil Biznes Resurs Mərkəzinə dəvət olunmuş və 60 nəfər gənc layihə iştirakçısı kimi seçilmişdir. Biznes inqubatorlarda fəaliyyət üçün 3 biznes fəaliyyət müəyyən edilmişdir. Biznes fəaliyyətləri elə seçilmişdir ki, əsasən qəsəbənin gənc qızları əhatə edilsin. 60 nəfər seçilən gənclər 2 qrupa bölünmüş və 1 –ci 30 nəfər üçün hər biznes fəaliyyət üzrə 10 nəfər olmaq şərtilə 2012-ci ilin sentyabr ayından başlayaraq, 3 aylıq treninqlər və 1 aylıq praktik məşğələlər keçirilmişdir. Layihə üzrə 2 –ci qruplar üçün treninqlər 2013-cü ilin fevral ayından başlanmış və may ayının sonunda başa çatmışdır. Bununla yanaşı biznes inqubasiya prosesinin təşkilində gənc qəsəbə sakini biznesin inkişafı xidmətləri və 3 peşə istiqaməti üzrə treninqlər və praktik məşğələlərlə əhatə edilib, onlardan 12 nəfəri, öz biznesini yaradıb və fəaliyyətə başlamışdır. Bundan əlavə hər bir sahibkar öz biznesinə 2 gənci də cəlb etmiş və layihənin təsiri ilə 36 nəfər qəsəbə gənci üçün iş yeri açılmış və gənc sahibkarların yetişdirilməsi, peşəkarlığının artırılması və gənclərdə menecment bacarıqlarının inkişafına nail olunmuşdur.
Treninqlərlə yanaşı gənc iştirakçılar məsləhət xidməti ilə də əhatə edilmişlər. Məsləhət xidmətlərində gənclər biznesin idarə edilməsi, hüquqi şəxslərin yaradılması və fərdi sahibkar kimi qeydiyyatdan keçirilməsi, satış və gəlirlərin bölünməsinə dair əlavə zəruri bilgilər almışlar. Treninqlər bitdikdən sonra test yoxlama imtahanları keçirilmiş və treninq prosesində qazanılmış bilgilər qiymətləndirilmişdir.
Sizin Reklam Yeriniz