Əlaqə Arxiv
news Image
2013.06.20
11:09
| A A A
“ASAN” səyyar xidməti regionlarda əhaliyə xidmət göstərməyə başlayıb

"ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlanıb.

 

Mərkəzdən Mövqe.az-a verilən məlumata görə, "ASAN" Səyyar Xidmət 2 istiqamət üzrə  göstərilməkdədir. Şimal istiqamətində avtobuslar  Quba, Şamaxı, İsmayıllı, Balakən və digər rayonlara, cənub istiqamətində isə Şirvan, Sabirabad, Salyan, Hacıqabul, Lənkəran, Masallı, Neftçala və digərlərinə səfər edəcək.

 

Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində isə  Şirvan və Hacıqabul rayonlarının sakinləri ASAN Səyyar Xidmətlə təmin olunublar. 19 iyun - 3  iyul tarixində Sabirabad və Saatlı rayonlarının ümumi sayı 250000-dən çox olan sakinləri ASAN Səyyar Xidmətdən Sabirabad rayonunda yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq. "ASAN" Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Sizin Reklam Yeriniz