Əlaqə Arxiv
news Image
2013.06.20
13:13
| A A A
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır

Mövqe.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr Bəhram Xəlilov deyib. O bildirib ki, bu konsepsiya bütün müvafiq orqanların rəyi alındıqdan sonra yekunlaşacaq. B. Xəlilovun sözlərinə görə, komissiyada konsepsiyaya baxılıb və müvafiq təkliflər verilib.

 

B. Xəlilov dövlət qulluğu sahəsində etik davranış qaydalarının pozulması ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, hər ilin sonunda bütün dövlət orqanları etik davranışla bağlı vəziyyətin əks olunduğu məlumatları ümumiləşdirərək komissiyaya təqdim edir: "Komissiya da bunu cəmiyyətə elan edir. Hər bir dövlət orqanında etik müvəkkilləri var. İstənilən vətəndaş hər hansı bir problemlə rastlaşıbsa, bu etik müvəkkillərə və ya komissiyaya müraciət edə bilərlər".


Sizin Reklam Yeriniz