Yasamal rayonunda elektrik enerjisinin təchizatı dayandırılacaq-SƏBƏB
Sabahdan Yasamal rayonu ərazisindəki A.Şaiq, L.olstoy, Ç.Mustafayev, M.Əliyev, A.Qarayev, Şahbazi küçələlərinin kəsişdiyi bəzi ərazilərdə elektrik enerjisinin təchizatı müəyyən müddətə qədər dayandırılacaq.
ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə deyib ki, buna səbəb, köhnə Sovetski adlanan ərazidə davam edən abadlıq və yenidənqurma işləri, köhnəlmiş elektrik veriliş xəttlərinin və yeraltı kabel xətlərinin (elektrik enerjisi infrastrukturunun yenidən qurulması) yenilənməsidir.