Rus bölməsinin 858 abituriyenti “Azərbaycan dili” fənnindən “məqbul” qiymət alıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il iyunun 23-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirib.
TQDK-nın mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, imtahanın nəticələri həmin gün - iyunun 23-də TQDK-nın internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş 1666 abituriyentdən 858 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiyməti alıb.
Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2013/2014-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.