Əlaqə Arxiv
news Image
2013.06.24
18:02
| A A A
Təhsil Nazirliyi: Məktəblərdə rus bölmələrinin tamamilə bağlanılması gözlənilmir

Gələcəkdə ümumtəhsil məktəblərində rus bölmələrinin tamamilə bağlanılması qətiyyən gözlənilmir. Bu barədə Mövqe.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.


Nazirlik bildirir ki, bu gün Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərində rus bölməsi üzrə qəbulda əvvəlki illərə nisbətən artım müşahidə edilir.


Ötən tədris ilində Təhsil Nazirliyi sistemində olan 329 dövlət ümumtəhsil məktəbində rus bölmələri üzrə qruplar fəaliyyət göstərib.

Sizin Reklam Yeriniz