Əlaqə Arxiv
news Image
2020.02.04
16:20
| A A A
AVCİYA Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ARALIQ HESABAT təqdim etdi
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Seçki Qərargahı Milli Məclisə növbədənkənar seçkilərin uzunmüddətli müşahidəsinə dair ARALIQ HESABAT ( 06 dekabr 2019 - 04 fevral 2020-ci il) təqdim etdi. Hesabat İCMAL ÜMUMİ MƏLUMAT, SEÇİCİ SİYAHILARI , SEÇKİ ADMİNSTRASİYASININ FƏALİYYƏTİ, AVCİYA tərəfindən aparılmış KİV-in monitorinqinin nəticələri, AVCİYA-nın seçkilər və referendumlarda iştirakı haqqında məlumat adlı bölümlərdən ibarətdir. Hesabatın icmal hissəsində Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, yəni 1991-ci ilin 18 oktyabrından bu günə kimi Milli Məclisə 1995, 2000, 2005, 2010, 2015-ci illərdə keçirilmiş seçkilər haqqında qısa məlumat verilmişdir. Bu hissədə həmçinin qərb ölkələri qurumlarının seçkilərlə bağlı töfsiyyələri barədə də məlumatlar öz əksini tapıb. Məlumatda qeyd olunur ki, "Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə 7, ATƏT/DTIHB 2008-ci ildə 27, 2010-cu ildə 17, 2013-cü ildə 20, 2015-ci ilin avqustunda əsasən əvvəlkilərin təkrarı olan 40, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı hesabatla bağlı 4 tövsiyə irəli sürüb. Bunların təhlili aparıldıqda məlum olur ki, bu tövsiyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyası Secki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı tövsiyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyələrin əksəriyyəti əvvəlki tövsiyələrin təkrarından ibarətdir. Azərbaycan Respublikasının Milli Məclisi AŞ Venesiya Komissiyası və bir sıra yerli və beynəlxaq təşkilatlar tərəfindən verilən tövsiyələri də nəzərə almaqla 2 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası "Secki Məcəlləsi"nin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişikliklər etmişdir. Ümumiyyətlə 2003-2015-ci illərdə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə əlavə, dəyişiklikvə ya düzəliş edilmiş, yaxud bütünlüklə maddə Məcəllədən çıxarılmışdır." AVCİYA seçki öncəsəi maarifçilik məqsədilə Şamaxı, Şirvan, Gəncə, Mingəçevir, Quba, Sumqayıt və Bakı şəhərlərində regional seminarlar təşkil edib. Bakı, Gəncə, Sumqayıt Mingəçevir, Şirvan Şəhərlərində regional ofislərin işini bərpa edib. Müşahidəçilər üçün Yaddaş Kitabçası və Beynəlxalq təşkilatların RƏY VƏ TÖVSİYƏLƏRİ. MÜQAYİSƏLİ TƏHLİ adlı iki kitab nəşr edib. Bundan əlavə assosiasiya seçkilərlə bağlı KİV-in iki dövrü əhatə edən monitorinqini təşkil edib. (I dövr (6 dekabr 2019-cu il – 16 yanvar 2020-ci il) və II dövr (17-31 yanvar 2020-ci il)) AVCİYA hesab edir ki, mövcud qanunvericilik, seçki ərəfəsində ölkədəki mövcud ictimai-siyasi vəziyyət, sabitlik, ədalətli və şəfaf seçkilərin keçirilməsinə imkan verir. AVCİYA Seçki Qərargahı fəaliyyət proqramına uyğun fəaliyyətini davam etdirir.
Sizin Reklam Yeriniz