Əlaqə Arxiv
news Image
2013.06.25
11:26
| A A A
ARDNŞ müsahibə yolu ilə işçi qəbulu elan edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi Siyəzən, Xaçmaz, Quba və Qusar Qaz istismarı sahələrinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsahibə yolu ilə işçi qəbulu elan edir.


Mövqe.az "Azəriqaz" İstehsalat Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, namizədlər həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dan yuxarı olmayan, fiziki cəhətdən sağlam, insanlarla xoş ünsiyyət yarada bilən, iradəli, nizam-intizamlı, çevik gənclər olmalıdırlar.


27 iyun 2013-cü il tarixdə saat 12:00-dan 18:00-dək, 28 iyun 2013-cü il tarixdə saat 09:00-dan 17:00-dək Quba Qaz İstismarı Sahəsinə müraciət edə bilərlər. Ünvan: Quba şəhəri, 223-cü atıcı diviziya küçəsi. Əlaqə telefonu: 012-521-22-61 (Birliyin Kadrlar şöbəsi)

Müsahibədə iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi və surətini, Əmək kitabçası və surətini, Hərbi bilet və surətini, Diplom və ya attestatı və onların surəti, eləcə də 2 ədəd 3×4 ölçüdə rəngli şəkil təqdim etməlidirlər.

Sizin Reklam Yeriniz