Əlaqə Arxiv
news Image
2020.02.08
12:43
| A A A
Axtarışda olan 28 nəfər ələ keçdi

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Mövqe.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Sizin Reklam Yeriniz