Əlaqə Arxiv
news Image
2020.02.10
16:30
| A A A
Seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı araşdırma aparılır

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik kokret fikir bildirmək çətindir.

Mövqe.az xəbər verir ki, bunu jurnalistərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bütün bu məsələlər araşdırılacaq: “Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq”. Sədr müavini qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib: “Ancaq neqativ hallar olmadan minlyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil, ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona addekvat cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq”.

Sizin Reklam Yeriniz