Əlaqə Arxiv
news Image
2013.06.27
12:26
| A A A
Səbaillilər Azərbaycan Ordusunun 95 illik yubileyini cəbhə bölgəsində qeyd ediblər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanıb, Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər  və zabitlərin görüşünə gəliblər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara gətirdikləri sovqatları və hədiyyələri çatdırıblar. Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən Səbailli gənclərlə də görüşüb, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanıblar.  


Hərbi hissədəki əsgər kazarmalar və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra  şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib. Qeyd olunub ki, əlamətdar yubileylə əlaqədar paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonundakı Azadlıq Meydanında əzəmətli hərbi parad keçiriləcək və bu parad Azərbaycan Ordusunun gücünü bütün dünyaya bəyan edəcək.


Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik edib, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulayıb.


Qonaqlar Səbail RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim ediblər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb. 


Hərbi hissə komandanlığı adından çıxış edən hərbi hissənin komandiri polkovnik-leytenant Şükür Həmidov şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat verib, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələr günü münasibəti ilə keçirilən tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.


Hərbi hissənin xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilib, sonra respublikamızın populyar incəsənət ustalarının iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunub.  "Kristal" qrupunun, gənclərin sevimlisi Ceyhun Zeynalovun, Xalq Ulduzu müsabiqəsinin iştirakçısı Elay Xasıyevin, Ə.Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansablının və ansablın solistləri Kamilə nəbiyeva və Zabitə Alıyevanın gözəl çıxışları əsgərlər tərəfindən xususi rəğbət və sürəkli alqışlarla qarşılanıb.


Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar edib, Səbail rayon İcra Hakimiyyətinə və  incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub. 


Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb və onlar Səbail RİH-nin  nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıblar.


Sizin Reklam Yeriniz