Əlaqə Arxiv
news Image
2020.02.12
11:19
| A A A
Azərbaycana qayıda bilməyən 69 ölkə vətəndaşı müvəqqəti sığınacaqlara yerləşdirilib (FOTO)

Güclü qar və şaxta səbəbi ilə ölkəyə qayıda bilməyən 69 Azərbaycan vətəndaşı İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda ziyarət məkanları və məscidlərdə yerləşdiriliblər.

Mövqe.az-ın məlumatına görə, bunu İranın Astara rayonu Xeyriyyə Məsələləri üzrə idarəsinin direktoru Cəmşid Məhdəvi deyib.

C.Məhdəvinin sözlərinə görə, Azərbaycan vətəndaşları ötən gün rayonda nəzərdə tutulan məkanlarda gecələyiblər.

Qeyd edək ki, ötən 3 gün ərzində İranın Gilan vilayətinin əksər hissələrində güclü qar yağıb. Vilayətin bəzi rayonlarında şəhərlərdə qarın hündürlüyü 1 metri keçib.

Əlavə edək ki, İranda güclü qar və uçqun nəticəsində indiyədək 8 nəfər həlak olub, 85 nəfər yaralanıb.

Sizin Reklam Yeriniz