Əlaqə Arxiv
news Image
2020.02.13
15:37
| A A A
Bakının mərkəzində hərəkət dəyişdirildi (FOTO)

Paytaxtın Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Mövqe.az-a verilən məlumatda bildirilir ki, bununla əlaqədar, kəsişmədə işıqfor obyekti işə salınıb.

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq.

Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün yeni piyada keçidləri təşkil edilib.

Sizin Reklam Yeriniz