Əlaqə Arxiv
news Image
2020.02.18
09:34
| A A A
Ağdaşda xaş yeyən 19 yaşlı gəlin zəhərləndi

Ağdaşda qadın xaş yeməyindən zəhərlənib.

Mövqe.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Ləki kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü, ailəli Səmədova Aygün Mehman qızı gecə saat 23 radələrində evlərində xaş yeməyi yeyib. Yeməkdən dərhal sonra A. Səmədovanın halı pisləşib və o Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada qadına zəhərlənmə diaqnozu qoyulub və o təcili Bakıya gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz