Əlaqə Arxiv
news Image
2020.02.24
11:06
| A A A
Bakıda məcburi köçkün qadınları ilə bağlı beynəlxalq konfrans keçirilib

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Mövqe.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açıq elan edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev tədbirin BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı "Qadınlar, Sülh və Təhlükəsizlik" qətnaməsinin 20-ci ildönümünə həsr olunduğunu bildirib.

Daha sonra çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda siyasi proseslərdə qadınların roluna böyük önəm verildiyini diqqətə çatdırıb. O bildirib ki, heç də təsadüfi deyil ki, 1918-ci ildə Xalq Cümhuriyyəti dövründə qadınlara səsvermə hüquqları verilib:

“Bu konfrans isə BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsinin 20-ci ildönümünə həsr olunub. Həmçnin beynəlxaıq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklərdən çıxış edərək, xüsusilə BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin icrası ilə bağlı 2020-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsi hazırlanıb. Bu xüsusda Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları, xüsusilə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rilunu qeyd etmək istərdik. Bu prosesə vətəndaş cəmiyyətinin nümayəndələri və bu sahədə aktiv olan qeyri-hpkumət təşkilatları da cəlb olunmaqla Milli Fəaliyyət Planının layihəsi hazırlanıb ki, hazırda dövlət qurumlarnın iştirakı ilə onun spn mərhələyə çatdırılması istqamətində iş aparılır”.

Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, BMT-nin məlum qətnaməsində qadınların münaqişələrin qarşısının alınmasında, smülh quruculuğunda rolu əksini tapıb: “Qadınlar qisasdan çəkinmək yönündə fəaliyyətin önündə olublar. Qadınların bu sahədə fəalyiyəti dayanıqlı sülh üçün təminat yaradacaq. Qadınlar və kişilərin bərabər tərəfdaş kimi tanındığı halda sülh üçün zəmin yarana bilər. Bu, BMT-nin Dayanışlı İnkişaf Məqsədlərinə çatmaqda da mühüm rol onayır. Qadınların sülhün təmin edilməsində rolu təmin olunmadan məqsədlərə nail olunmayacaq. 80-ə yaxın ölkə artıq BMT-nin 1325 saylı qətnaməsi ilə bağlı özünün Milli Fəaliyyət Planını qəbul edib. Biz də Azərbaycanı BMT Təhlüekəsizlik Şurasının 1325 saylı qətnaməsi ilə bağlı Fəaliyyət Planını qəbul etməyə çağırırıq ”.

Tədbirdə həmçinin Ombudsman Səbinə Əliyeva qeyd edib ki, Azərbaycanda həyata keçirilən kompleks tədbirlər qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin olunmasına xidmət edir: “Ombudsman institutu bu əhali qrupu ilə əlaqədar innovativ təşəbbüslərlə çıxış edir. Məcburi köçkünlərin müraxətləri araşdırılaraq, ehtiyacları təmin olunur. Eyni zamanda qanunvericilkilə bağlı aidiyyatı dövlət qurumlarına təkliflər ünvanlanır”. Ombudsman vurğulayıb ki, Azərbaycan cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda fəal iştirak ediblər: “Qadınların insan alveri qurbanlarına çevrilməsinin qarşısı alınmalı, qərar qəbul edilmə prosesinə cəlb edilməlidir. Bu məqsədlə xüsusi modullar üzrə 4 istiqamətdə müvafiq proqramların hazırlanması vacibdir. Bunun üçün insan hüquqlarının müadfiəsi, yeni ümnaqişələrin qarsının alıınması, iştirakçılıq və kütləvilik, xüsusi ehtiyacların ödənilməsi üçün dəstək tədbirlərinin həyata keçirilməsi lazımdır. Bunların həyata keçirilməsi qadınlarvn ölkə həyatında aktiv iştirakına öz töhfəsini verəcək ”. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, münaqişə tərəflərinin qadınlara qarşı zorakılığı yolverilməzdir : “Təəssüf ki, İkinci Dünya Müharibəsindən sonra da münaqişələrdə qadınların hədəf seçildiyini gördük. Ona görə də 1970-ci illərdə bu məsələyə diqqət artdı. BMT-nin 1325 saylı qətnamənin qəbulundan sonra Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasını da qeyd etməliyik. Bu məhkəmənin də araşdırmalarında qadınların işgəncəyə məruz qalmasının şahidi olmuşuq. Dağlıq Qarabağ münaqişəsin də qadınlarımız işgəncələrə məruz qalıblar. Dağlıq Qarabağın azərbaycanlı qadınlarının sülh çağırışlarının şahidiyik. Bu qadındarın torpaqlarında ləyaqətlə yaşamaq haqqını tanımalıdırlar. İşğal başa çatdıqdan sonra yenidənqurma işlərində qadınlarımız aktvi iştirak edəcəyini gözləyirik. Bir statistikanı da qeydə etmək istəiyrəm. Son 118 ildə Nobel mükafatı alan 52 qadından 17-i Sülh mükafatı alıb. Azərbaycan qadınlarının da torpaqlarımızın işğaldan azad edilməsinə öz töhfədərini verəcəyinə əminəm”.

Sizin Reklam Yeriniz