Əlaqə Arxiv
news Image
2020.02.24
17:12
| A A A
Prezident koronavirusa görə vəzifəli şəxsləri İranla sərhədə göndərib - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən "Astara" və "Biləsuvar" buraxılış məntəqələrinə səfər ediblər. 

Bu barədə Mövqe.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Səfər çərçivəsində son vaxtlar İran İslam Respublikasında müşahidə olunan "koronavirus" epidemiyasına qarşı dövlət sərhədindən buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilmişdir.

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən dövlət sərhədindən bura­xılış məntəqələrində ölkə ərazisinə daxil olan şəxslərin bədən həra­rətinin xüsusi avadanlıqlar vasitəsilə yoxlanıl­ması, əlavə tibbi personalın və təcili tibbi yardım avtomobillərinin birbaşa postların ərazisinə cəlb olunması və 24 saat növbəli rejimdə fasıləsiz olaraq fəaliyyət göstərmələrinin monitorinqi keçirilmişdir.

Müzakirələr zamanı bu günədək xəstəliyə yoluxma ilə bağlı şübhə­lərin olmaması nəzərə alınmaqla gələcəkdə ehtimal olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri üzrə fikir mübadiləsi aparılmış, dövlət sərhədindən keçən şəxslərin bu epidemiya barədə maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilmişdir.

Sizin Reklam Yeriniz